BURADA REKLAMINIZ OLA
BİLƏR

Ekspert: “MİDA-nın layihəsində mənzillərin proqramlaşdırılmış formada öncədən alınması inandırıcı deyil”

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti güzəştli mənzil satışını həyata keçirib. Satış Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Sumqayıt Yaşayış Kompleksi, Lənkəran Yaşayış Kompleksi, Binəqədi Yaşayış Kompleksi, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksindəki mənzillər üzrə baş tutub. Mənzillərin qısa zaman ərzin də satılması alıcılar tərəfindən birmənalı qarşılanmayıb.

 

Məsələ ilə bağlı Pravda.az-a açıqlama verən əmlak üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, Mənzil İnşaat Dövlət Agentliyinin satış mexanizmi elektron platforması üzərindən illərdir eyni qaydada aparılır:

İmkanlıların böyük əksəriyyəti ailəsi ilə bərabər öz həyət evlərinə köçüb”  - AÇIQLAMA | KONKRET

“Hər satışa çıxan mənzil sayı yüzlərlə olsa da, müraciət edənlərin sayı minlərlədir. Bu zaman alıcılardan kompüter bilikləri tələb olunur. Təbii ki, bu növ bilikləri geniş olan şəxslər platformalardan yararlana bilirlər. Hər evlər satışa çıxarılanda alıcılara alış mexanizmləri ilə bağlı demo versiya verilir. Alıcılar həmin demo versiya üzərindən müəyyən proseslər həyata keçirməlidirlər ki, alış qaydalarını öyrənə bilsinlər. İllərdir, satışa çıxan mənzillərin sayı az, alıcıların sayı çox olur. Bu zaman alan alır, digər insanların böyük hissəsi narazı kütləyə çevrilir”.

 

Mənzillərin proqramlaşdırılmış formada öncədən alınması məsələsinə münasibət bildirən ekspert onu da qeyd edib ki, belə mənzillərin satış platformasına təkcə MİDA tərəfindən deyil, bir sıra dövlət qurumları tərəfindən nəzarət olunur: “Bu çox gözəl layihədir və təbii olaraq yararlanmaq istəyən insanların sayı kifayət qədər çoxdur. Mənzillərin satış qiymətləri münasibdir, minimumdur, faiz dərəcələri çox aşağıdır. Hər bir şəxs bu mənzillərdən yararlanmağa çalışır. Lakin say az olduğu üçün hər bir insana şamil oluna bilmir. Belə fikirlər inandırıcı deyil. Çünki satış mexanizminə bir çox dövlət qurumları tərəfindən ciddi şəkildə nəzarət var. Düşünürəm ki, gələcəkdə mənzil sayı artırılarsa, proses sadələşərsə, alıcılar üçün daha əlçatan ola bilər”.

 

Şəhanə Quliyeva

Tarix: 3 Dekabr 2025, 14:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin