BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan sərhəd döyüş məntəqələrinin mövqelərini 1,5-1,7 km irəli çəkdi

Bu ilin mart və iyun-iyul aylarında düşmənin Qazax rayonunun Babakar dağı istiqamətində öz mövqelərini Azərbaycan ərazisinə doğru irəli çəkmək cəhdləri vaxtında aşkarlanıb, qabaqlayıcı tədbirlər nəticəsində sərhəd döyüş məntəqələrinin döyüş mövqelərinin 1,5-1,7 km irəli çəkilməsinə nail olunub.

 

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Pravda.az-a verilən məlumata görə, bu barədə DSX-nin 2019-cu ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.

 

Qeyd edilib ki, bunun nəticədə müqabil ərazidəki Gürcüstandan Ermənistana gedən qaz xəttinin və qaz-kompressor stansiyasının tam nəzarətdə saxlanılmasına nail olunub.

Tarix: 13 Dekabr 2019, 16:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin