BURADA REKLAMINIZ OLA
BİLƏR

Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində otaq yoldaşını döyən şəxsə hökm oxundu

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmada təqsirləndirilən Dadaş İslamovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə ona 1 il 1 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.


İttihama görə, hadisə bu il Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində baş verib.


Belə ki, Dadaş İslamov həmin müəssisədə müvəqqəti məskunlaşdığı yataq otağında onunla eyni otaqda qalan zərərçəkmiş H.H. (adı, soyadı şərtidir) ilə arasında kondisionerin söndürülməsi ilə bağlı irad bildirməsi səbəbindən mübahisə yaranıb.


İstintaq materiallarında qeyd olunur ki, mübahisə zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sinəsinə oturaraq ona 2-3 dəfə yumruqla zərbə endirib və baş, sifət nahiyəsinə qəsdən xəsarət yetirib. Nəticədə zərərçəkmiş şəxs xəsarət alıb.


Hadisədən sonra Dadaş İslamov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. 

 

Kamal Məmmədov 

Tarix: 4 Dekabr 2025, 08:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin