BURADA REKLAMINIZ OLA
BİLƏR

Yeganə Hacıyeva: “Avropa qurumlarının adlarının korrupsiya və rüşvətdə hallandırılması tendensiyası izlənməkdədir”

“Avropa qurumlarının adlarının son illər korrupsiya və rüşvətdə hallandırılması tendensiyası izlənməkdədir. Daha əvvəl bu, epizodik hal kimi idisə, indi Avropa İttifaqı sistemli bir korrupsiya mexanizmləri ilə idarəolunma gedir kimi görüntü var. Baxmayaraq ki, Aİ-də korrupsiyaya qarşı mübarizə sahəsində inkişaf etmiş mexanizmlər formalaşıb. Misal üçün, Aİ büdcəsi ilə bağlı maliyyə cinayətlərini araşdıran EPPO — Avropa Prokurorluğu , OLAF “Avropa Fırıldaqçılıqla Mübarizə İdarəsi” və s. Avropa İttifaqının orqanlarında aktiv rolu məhz lobbi qrupları və onların işlədikləri siyasətçilər, icraçılar və s. oynayır.  Avropa İttifaqı qurumlarının çətirinin altında olan beynəlxalq təşkilatlar üçün xarakterik korrupsiya formaları kimi lobbiçilik və onun korrupsiyaya keçidini qeyd etmək lazımdır. Ümumiyyətlə, Brüssel dünyada ən aktiv lobbiçilik şəhərlərindən biridir. Xüsusilə etnik lobbi qruplar, onlara məxsus kommersiya şirkətlərin və ya qrupların Aİ-nin qərar qəbuluna təsiri üçün axıtdıqları maliyyə diqqət çəkir. Ən çox xarakterik hal kimi layihə və tenderlərin qeyri-şəffaf maliyyələşdirilməsi, bu prosesdə maraqlar toqquşması, məmurların şəxsi və ya korporativ maraqları xeyrinə qərarların qəbuluna təsiri halları da burda adi praktikadır. Son illər konflikt tərəfləri olan xarici dövlətlərin Aİ-nin qərarlarına təsir cəhdləri, ələ alınmış deputatlar, ekspertlər və məmurlar və s. kimi aktivləri Aİ-nin təhlükəsizliyini hədələyir. Digər tərəfdən çox böyük büdcələri olan təşkilatlar, fondlar, kənd təsərrüfatı subsidiyaları, satınalmalar və s. kimi əməliyyatlar zamanı korrupsiya halları da mövcuddur. Aİ-nin idarəetməsində çətin və çoxqatlı bürokratik aparatın olması səbəbi ilə cavabdehliyin izlənməməsi və ya çətin izlənməsi halı da var. Bu səbəbdən istər Avropa parlamentində, istər müxtəlif Avropa komissiyaslarında, Avropa Şurasında bu halların olması ilə bağlı məlumatı tez-tez eşidirik. Artıq bu, Avropa siyasətinin bir hissəsidir, hətta üzüdür”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

 

“Torpaqlarımızın işğal altında olduğu dövrlərdə məhz Avropa parlamentindən erməni, AŞ və s. təşkilatlarda və lobbi qruplarının fətvası ilə Azərbaycana qarşı danışan, hərəkət edən simaları görürdük. Aradan keçən illər ərzində biz onların faş olmalarını da izlədik . Məsələ bundadır ki, bizə qarşı olan proseslərdə onlara kifayət qədər diqqət ayırmayan Avropa üçün sonradan bu tendensiyalar ümumi təşkilatlar üçün xarakterik oldu. Yəni əslində Avropa qurumları bu proseslərin qarşısını məhz bizə qarşı olan proseslərdə almış olsaydılar, bu qədər “adiləşməz”, adi praktika olmazdı. Anlaşılardı ki, korrupsiya və rüşvət cinayətdir, cinayətdən kənarda həm də mənəviyyatsızlıqdır. Avropa qurumlarının bir neçəsi xüsusi olaraq korrupsiyaya uğrayıblar. Ən vacibi lobbi qrupları və onların fəaliyyətidir. İkincisi nizamnamə boşluqlardır. İcraçılar qismində "əli əyri", şübhəli rəputasiyalı şəxslərin siması olduqları proseslər və təşkilatlardır...” – politoloq bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 4 Dekabr 2025, 14:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin