BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident sərəncam imzaladı

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının tərkibi dəyişib.

 

Bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb.

 

Sərəncama əsasən, Müşahidə Şurasının tərkibindən Vüqar Məcidli– Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri və Rəşad İsmayılov – Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Hasilat sənayesi və energetika şöbəsinin müdiri çıxarılır.

 

Siyahıya Mehman İsmayılov – Maliyyə Nazirliyi Aparatının İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsi şöbəsinin müdiri və Əli Cəfərov – Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktorunun müavini əlavə edilir.

Tarix: 4 Dekabr 2025, 15:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin