“Ermənistanda baş verən proseslər hakimiyyətlə müxalifət arasında gərginliyi artıra bilər. Paşinyan hakimiyyəti özünə müxalif olan qüvvələri sıradan çıxarmaq istəyir. Çünki növbəti il keçiriləcək parlament seçkilərində erməni cəmiyyətinin dəstəyini almağa çalışır”.
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Paşinyan hakimiyyətinə müxalif olanlar əsasən Azərbaycanla sülhün əleyhinə olan revanşistlərdir: “Revanşistlər Ermənistanın müharibədə məğlub olmasını fürsət bilərək Paşinyan hökumətini devirməyə çalışırlar. Lakin onlar erməni cəmiyyətindən yetərli dəstək ala bilmirlər. Məlumdur ki, Ermənistandakı revanşist əhval-ruhiyyəli qüvvələr, bu ölkənin yaxın-uzaq coǧrafiyalardakı havadarları dünya birliyinin 44 günlük müharibənin və 23 saatlıq antiterror tədbirlərinin nəticələrini tanımamasına nail olmağa çalışırdılar, bəzi ölkələrin parlamentlərində hansısa bəyanatlar, qətnamələr qəbul olunurdu. Ancaq haqq yolu tutan, beynəlxalq hüquq çərçivəsində davranan, ədalətli müharibənin qalibi olan Azərbaycan təzyiqlər qarşısında geri çəkilməyərək öz həqiqətlərini müdafiə etməyi bacardı. Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Birgə Bəyanatı, iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflanması bir daha göstərdi ki, dünya Azərbaycanın başladığı, irəli apararaq məntiqi sonluğa yaxınlaşdırdığı sülh gündəliyini qəbul edir. Belə olan halda, rəsmi İrəvanın Azərbaycanın sülh gündəliyini qəbul etməkdən başqa çarəsi yox idi. İndi müxalifət, xüsusilə revanşistlər bu prosesdən hökumətə qarşı istifadə etməyə çalışırlar”.
Deputatın sözlərinə görə, erməni kilsəsi də revanşistlərə qoşularaq Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasına çalışır: “Lakin hakimiyyət-kilsə qarşıdurmasında da üstünlük hökumətdədir. Artıq Paşinyan kilsəni parçalaya bilib. Bu yaxınlarda bir qrup keşişin baş nazirlə görüşərək ona dəstək verməsi bunun göstəricisidir. Digər tərəfdən, Ermənistanda bir sıra həbslər də baş verib. Onların arasında müxalifət partiyaları ilə yanaşı kilsənin də nümayəndələri var. Həbslər parlament seçkiləri ərəfəsində hakimiyyətin mövqeyinin güclənməsinə xidmət edir. Eyni zamanda bu fakt sülhə qarşı çıxan müxalif-revanşistləri də zəiflədir. Ermənistanda bəzi dairələr hakimiyyətin bu həbslərinə qarşı niyə Qərb dairələrinin etiraz etmədiyini sual verirlər. Məsələ bundadır ki, bu ölkədə kimin hakimiyyətdə olmasından asılı olmayaraq Qərb, o cümlədən Avropa təsisatları həbs və ya siyasi təzyiqlərə görə hakimiyyəti ciddi, sərt tənqid etməyiblər. Çünki onlar hər zaman Ermənistandan öz məqsədləri üçün istifadə etməyə çalışıblar”.
Aytəkin Qardaşova
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin