"Bədii filmdə bütün üsullar məqbuldur. Türkiyədə də tarixi seriallar çəkilir. Hamısı tarixi həqiqət deyil ki. Müəyyən məşhur adı götürürlər, onun ətrafında ssenari yazırlar və filmə çəkirlər. "Nəsimi" filmində Şəms deyir ki, məni vəsf eylə, şair. Nəsimi isə deyir ki, vəsf zamanı deyil, Afət... Bu, tarixi faktdır bəyəm? İsa Hüseynovun əsəridir. Sadəcə, Nəsimini sovet dövrünün tələblərinə uyğun olaraq canlandırıb. Əqidəsindən dönməyən, bir az da ateist kimi... Bu bədii əsərdir və heç kim İsa Hüseynovu qınaya bilməzdi ki, sən niyə tarixi faktları təhrif etmisən? Axı bu adam sənədli xronika çəkmir, tarixi mənbələrə əsaslanıb əsər yaratmır ki. Öz yazıçı təxəyyülü ilə əsər yazır. Məncə, Suad Qarayeva da belə edib və bu, onun baxışıdır. Yazıçı tam ixtiyar sahibidir ki, əsərə bədii nöqteyi-nəzərdən yanaşsın. Tarixi faktlara isə yanlış yanaşa bilməz. Mütləq mənbələrə istinad etməlidir".
Bu sözləri Pravda.az-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.
B.Vəziroğlu qeyd edib ki, məsələnin mənəvi tərəfi də var: "Mənəvi tərəfdən Suad Qarayeva qınanılmalıdır. Bir qadın, təxminən, min il əvvəl yaşamış, fəaliyyət göstərmiş, gözəl əsərlər qoyub getmiş başqa bir qadının yatağını çək-çevir edir. Bu, tamamilə bağışlanılmazdır. Öz yanaşmasıdır, bütün söyüşləri də, qınaqları da özü qazanacaq. Bir azərbaycanlı kişisi olaraq deyirəm ki, xüsusilə, qadının qadına bu cür münasibəti qəbuledilməzdir. Axı Məhsəti Gəncəvinin bizim təsəvvürümüzdə başqa cür obrazı var. Bu hansı zərurətdən doğub? Nə ehtiyac var idi? Birbaşa Məhsəti Gəncəviyə aid belə bir film çəkib... Mən bunu bağışlaya bilmərəm. Yazıçının sərbəstliyinə bir söz demirəm, amma mənəviyyat baxımından bağışlanılmaz bir şeydir. Bir Azərbaycan qadını klassik ədəbiyyatda öz irsini qoymuş ulu nənəsi, Gəncə təxəllüsünü daşıyan xanım haqqında zərurət olmadan belə bir əsər yazıb. Suad Qarayevanın başına "tapança" dirəməyiblər ki, bunu yazmalısan? Tarixi qəhrəmanlar çox vaxt simvollaşdırılıb. Məsələn, Koroğlu dəli kimi qələmə verilib, Nigar dəlilərlə min oyundan çıxıb, Qaçaq Nəbi quldur olub, Həcər ondan sonra erməniyə ərə gedib... Bunlar kimə lazımdır? Ümumiyyətlə, ədəbi-tarixi qəhrəmanlara yanaşmada təftiş kimə gərəkdir? Bu, bekar adamların işidir. Belə mövzularla gündəmə gəlmək həvəsidir, yadda qalmaq üçün çayı tərsinə üzmək sevdasıdır. Suad Qarayeva bu yolu seçibsə, söyüşləri, qınaqları da qəbul etsin. Səfasını görürsə, cəfasını da çəksin..." - B.Vəziroğlu deyib.
Qeyd: Mədəniyyət Nazirliyinin nəzdindəki Bədii Şuranın "Məhsəti" qısametrajlı filminin Bakı Film Festivalında nümayişinə qoyduğu qadağa geniş müzakirələrə səbəb olub. Rəsmi açıqlamada bildirilib ki, filmdə Məhsəti Gəncəvinin obrazı təhrif olunur, etik-normativ çərçivələr pozulur və şairənin ideya-mənəvi irsi ilə ziddiyyət təşkil edən səhnələrə yer verilir. Şura həm manipulyativ təqdimatları, həm də kontekstdən kənar mənalandırma cəhdlərini əsas gətirərək filmə lisenziya verilməsini məqsədəuyğun hesab etməyib.
Xatırlatma: Suad Qarayeva sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.
Aytəkin Qardaşova
19 Yanvar 08:15
19 Yanvar 08:10
19 Yanvar 08:06
19 Yanvar 03:43
19 Yanvar 02:26
19 Yanvar 02:06
19 Yanvar 00:36
19 Yanvar 00:34
18 Yanvar 23:57
18 Yanvar 22:06
18 Yanvar 22:02
18 Yanvar 21:59
18 Yanvar 21:53
18 Yanvar 19:14
18 Yanvar 19:12
18 Yanvar 19:04
18 Yanvar 19:02
18 Yanvar 18:05
18 Yanvar 17:49
18 Yanvar 17:23
18 Yanvar 17:07
18 Yanvar 16:45
18 Yanvar 15:46
18 Yanvar 15:34
18 Yanvar 15:17
18 Yanvar 13:56
18 Yanvar 13:45
18 Yanvar 13:26
18 Yanvar 13:12
18 Yanvar 13:11
18 Yanvar 12:40
18 Yanvar 11:56
18 Yanvar 11:10
18 Yanvar 11:07
18 Yanvar 10:20
18 Yanvar 10:07
18 Yanvar 09:58
18 Yanvar 09:50
18 Yanvar 02:43
18 Yanvar 02:41
18 Yanvar 02:39
18 Yanvar 02:37
17 Yanvar 23:51
17 Yanvar 23:41
17 Yanvar 22:29
17 Yanvar 22:24
17 Yanvar 19:30
17 Yanvar 19:27
17 Yanvar 19:23
17 Yanvar 18:20
17 Yanvar 17:50
17 Yanvar 17:24
17 Yanvar 16:51
17 Yanvar 16:48
17 Yanvar 16:07
17 Yanvar 16:03
17 Yanvar 15:25
17 Yanvar 15:21
17 Yanvar 14:23
17 Yanvar 13:05
17 Yanvar 13:03
17 Yanvar 11:58
17 Yanvar 11:54
17 Yanvar 10:34
17 Yanvar 09:47
17 Yanvar 09:44
17 Yanvar 09:41
17 Yanvar 03:24
17 Yanvar 03:14
17 Yanvar 01:16
17 Yanvar 01:14
17 Yanvar 01:12
17 Yanvar 01:10
17 Yanvar 01:08
17 Yanvar 01:06
17 Yanvar 01:04
17 Yanvar 01:01
16 Yanvar 22:23
16 Yanvar 22:21
16 Yanvar 22:18
16 Yanvar 22:14
16 Yanvar 22:09
16 Yanvar 19:42
16 Yanvar 19:29
16 Yanvar 19:28
16 Yanvar 19:27
16 Yanvar 19:26
16 Yanvar 19:18
16 Yanvar 18:52
16 Yanvar 18:42
16 Yanvar 18:33
16 Yanvar 18:20
16 Yanvar 18:19
16 Yanvar 18:15
16 Yanvar 18:13
16 Yanvar 18:07
16 Yanvar 18:03
16 Yanvar 17:55
16 Yanvar 17:49
16 Yanvar 17:47
16 Yanvar 17:44
16 Yanvar 17:37
16 Yanvar 17:36
16 Yanvar 17:35
16 Yanvar 17:34
16 Yanvar 17:26
16 Yanvar 17:23
16 Yanvar 17:17
16 Yanvar 17:06
16 Yanvar 16:48
16 Yanvar 16:45
16 Yanvar 16:43
16 Yanvar 16:41
16 Yanvar 16:29
16 Yanvar 16:25
16 Yanvar 16:16
16 Yanvar 15:32
16 Yanvar 14:59
16 Yanvar 14:56
16 Yanvar 14:50
16 Yanvar 14:40
16 Yanvar 14:32
16 Yanvar 14:13
16 Yanvar 14:10
16 Yanvar 13:42
16 Yanvar 13:33
16 Yanvar 13:30
16 Yanvar 13:27
16 Yanvar 12:53
16 Yanvar 12:32
16 Yanvar 12:27
16 Yanvar 12:19
16 Yanvar 12:17
16 Yanvar 12:15
16 Yanvar 12:10
16 Yanvar 11:50
16 Yanvar 11:42
16 Yanvar 11:20
16 Yanvar 11:17
16 Yanvar 11:07
16 Yanvar 10:55
16 Yanvar 10:50
16 Yanvar 10:45
16 Yanvar 10:35
16 Yanvar 10:34
16 Yanvar 10:04
16 Yanvar 09:42
16 Yanvar 09:40
16 Yanvar 08:50
16 Yanvar 08:49
Ən son xəbərləri səhifəmizdən də izləyin