BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanlı aktyor Hollivudda Kameron Diaz və Benisio Del Toro ilə birgə filmə çəkiləcək

Azərbaycanlı aktyor Eldar İsgəndərov Grant Singerin çəkəcəyi “Reenakt” adlı filmin aktyor heyətinə qoşulub.

 

O, Benisio del Toro, Kameron Diaz və Ana de Armas kimi Hollivud ulduzları ilə tərəf müqabili olacaq.

 

Filmin süjeti ilə yanaşı Eldar İsgəndərovun rolu da gizli saxlanılır.

 

Filmin çəkilişlərinin bu ilin sonlarında Los-Ancelesdə aparılması planlaşdırılır.

 

Qeyd edək ki, əslən Azərbaycandan olan Eldar İsgəndərov Hiderland və Belçikada böyüyüb. O, Savanna İncəsənət və Dizayn Kollecinin məzunudur. Onun “Reenactment” filmindəki işi İsgəndərovun bu il oynadığı üçüncü bədii filmdir. O, Jesse Eisenbergin “A24” və “Fruit Tree” filmləri üçün çəkdiyi, hələ yayımlanmamış musiqili komediya layihəsində, eləcə də “Topic Studios” tərəfindən istehsal olunmuş Jordan Firstmanın rejissorluq debütü olan “Club Kid” filmində baş rolları oynayıb./APA

Tarix: 5 Dekabr 2025, 17:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin