BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanla Qətər arasında əlaqələr müzakirə olundu

Qətərdə keçirilən “Doha Forumu” çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətər Əmirinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Əhməd əl-Misnadla görüşüb.

 

Pravda.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev özünün “X” hesabında məlumat verib.

 

“Bu gün Qətər əmirinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, qardaşım Əhməd əl-Misnadla görüşdüm. İkitərəfli əlaqələri, eləcə də regional və beynəlxalq yenilikləri müzakirə etdik”, Hikmət Hacıyev qeyd edib.

Tarix: 6 Dekabr 2025, 13:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin