BURADA REKLAMINIZ OLA
BİLƏR

Hərbi bazada atışma olub, 1 nəfər ölüb

ABŞ-ın Florida ştatında yerləşən Hərbi Hava Qüvvələrinə məxsus “Hurlbert Field” hərbi bazasında silahlı insident baş verib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə nəticəsində bir nəfər  ölüb.

 

ABŞ Hərbi Hava Qüvvələrinin İlk Xüsusi Əməliyyat Qanadının Komandanı polkovnik Jocelyn Şermerhorn “facebook” səhifəsində ölən şəxsin ailəsinə başsağlığı verib.

 

Aviabaza rəhbərliyi atışmada iştirak edənlərin şəxsiyyətlərinin hazırda açıqlanmadığını vurğulayıb.

 

Zərərçəkən digər hərbçilər yaxınlıqdakı xəstəxanaya aparılıb.  Hadisə ilə əlaqədar araşdırma aparılır.APA

Tarix: 25 İyul 2020, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin