BURADA REKLAMINIZ OLA
BİLƏR

Dovşan əti yemək haramdır? - AÇIQLAMA

Bəzi şəxslər cütdırnaqlı olmayan, yəni tək dırnağı və ya pəncəsi (barmaqları) olan heyvanların yeyilməsinin haram olduğunu bildirir. Bu baxımdan dovşanın da əti tövsiyə edilmir.

 

Bəs dovşan əti yemək həqiqətən haramdır?

 

Pravda.az-a açıqlama verən ilahiyyatçı Elşad Mirinin sözlərinə görə, bununla bağlı “Qurani-Kərim”də hansısa dəlil yoxdur:

Elşad Miri: “Təhdidlər heç vaxt bizi qorxutmur, əksinə, həvəsləndirir,  doğru yolda olduğumuzu göstərir” Pravda.az

“Bu gün özlərini şiə adlandıran məzhəb dovşan ətinin haram olduğunu deyir. “Quran”da olmayan bir şeyi necə “haram” deyirlər  onu da başa düşə bilmirəm. At ətinin də haram olması ilə bağlı dəlil yoxdur. Özbəkistan və Qazaxıstanda at əti yeyilir, hansısa problem də yoxdur. “Quran”da olmayan bir şeyə  kimsə “haramdır” deyə bilməz. “Qurani-Kərim”də 16-cı surənin 116 ayəsində deyilir ki, “Dilinizə necə gəldi, “bu haramdır”, “o halaldır” deməyin””. Haramları buyrulanları müəyyənləşdirən əsas “Quran”dır. Məsələn, donuz ətinin haram olması “Quran”da qeyd edilib”.

 

Şəhanə Quliyeva

Tarix: 9 Dekabr 2025, 09:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin