BURADA REKLAMINIZ OLA
BİLƏR

Futbolçular oyun alqı-satqısına görə uzaqlaşdırıldı – SƏRT QƏRAR

Birinci Divizionda çıxış edən “Ağsu”, “Turan Tovuz” və “Zirə-2” futbol klublarının bir neçə oyununda qeydə alınmış şübhəli məqamlarla əlaqədar AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubların adları göstərilən futbolçularının, futbol funksionerlərinin, o cümlədən futbolda hər hansı fəaliyyəti olmayan şəxslərin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən olunub.

 

Pravda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq aşağıda adları göstərilən şəxslərin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulur:

 

“Turan Tovuz”

 

Qocayev Sənan – futbolçu

Rüstəmov Misir – futbolçu

Bağırov Emin – futbolçu

Sadıqov İlkin – futbolçu

Məmmədov Rüfət – futbolçu

Tağıyev Eltay – futbolçu

Quluzadə Şahin – futbolçu

 

“Ağsu”

 

Kərimov Rəşad – icraçı direktor

Bayramov Kənan – qapıçılar üzrə məşqçi

Hacıyev Ənvər – klubun işçisi

Əliyev Ramil – futbolçu

İbrahimov Vüsal – futbolçu

Əmrahov Qalib – futbolçu

Əliyev Elçin – futbolçu

Əliyev Məhəmməd – futbolçu

Həşənov Şamo – futbolçu

Mirzalıyev Ruslan – futbolçu

Quliyev Orxan – futbolçu

Rəhimov Fərrux – futbolçu

Həşimov Elçin – futbolçu

Babayev Malik – futbolçu

Kərimov Ramil – futbolçu

Mustafayev Vüsal – futbolçu

Məmmədov Kənan – futbolçu

 

“Zirə-2”

 

Əliyev Səbuhi – futbolçu

 

Məsələ ilə əlaqədar hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada araşdırma davam etdiyi üçün İntizam Komitəsi tərəfindən növbəti qərarlar qəbul oluna bilər.

 

Barəsində sanksiya qərarı qəbul olunmuş şəxslərin Apelyasiya Arbitraj Tribunalına müraciət etmək hüququ var.

 

***

 

"Uğur FK" (Region liqası)

 

Məhərrəmov Cəmşid – futbolçu

 

 

"Ağsu Siti" (Region liqası)

 

Alhüseynli Tuqay – futbolçu

 

 

"Alyans FK" (Region liqası)

 

Rəhimli Cəmil – futbolçu

Tarix: 13 Dekabr 2019, 17:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin