BURADA REKLAMINIZ OLA
BİLƏR

Hikmət Hacıyev: Ermənistanla sülh prosesi qlobal münaqişələr kontekstində uğur hekayəsidir

Azərbaycan və Ermənistan rəhbərlikləri ixtilafları kənara qoyub, sülhə doğru irəliləmək qərarı veriblər.

 

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Dohada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla birlikdə “Euronews”a müsahibəsində deyib.

 

O bildirib ki, Ermənistanla sülh prosesi qlobal münaqişələr və müharibələr kontekstində bir uğur hekayəsidir.

 

Hikmət Hacıyev iki ölkə arasında münaqişə fəslinin başa çatdığını vurğulayıb.

Tarix: 10 Dekabr 2025, 12:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin