Reklam

Sulutəpədə evləri su basdı - VİDEO

Bakının Sulutəpə qəsəbəsinin sakinləri yolsuzluqdan əziyyət çəkir.

 

Pravda.az-ın xəbərinə görə, qış aylarında Ruslan Allahverdiyev küçəsinin yollarındakı gölməçələrdə su qurumur.

 

Qəsəbə sakinləri bildirib ki, uşaqlar qışda məktəbə getməkdə çətinlik çəkir. Hətta güclü yağış yağdığı zaman bəzi evlərdən çölə çıxmaq belə mümkün olmur:

 

“Yaxın zamanlarda 158 nömrəli avtobusun yolunu düzəltsələr də, qəsəbədaxili yollar çox bərbad vəziyyətdədir”.

 

Problemlə bağlı Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışsaq da, zəngimiz cavabsız qaldı.

 

Fotoları təqdim edirik
Tarix: 13 Dekabr 2019, 18:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin