BURADA REKLAMINIZ OLA
BİLƏR

Əhməd İsmayılov Həmzə Əl-Mustafa ilə görüşdü

Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Suriya Ərəb Respublikasının informasiya naziri Həmzə Əl-Mustafa ilə görüşüb.

 

Görüş Əbu-Dabidə keçirilən "Bridge" media və məzmun sənayesi sammiti çərçivəsində baş tutub.

 

Görüş zamanı Azərbaycan və Suriya arasında media və kommunikasiya sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri, informasiya axınının genişləndirilməsi və bu sahədə qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, dezinformasiya ilə mübarizə, etibarlı informasiya mühitinin formalaşdırılması, dialoqun genişləndirilməsi və institusional əlaqələrin inkişaf etdirilməsi məsələləri də diqqət mərkəzində olub.

Tarix: 11 Dekabr 2025, 11:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin