Bakı Apellyasiya Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən İsgəndər Bahadurovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İstintaq materiallarına əsasən, İsgəndər Bahadurov 24 noyabr 2024-cü il tarixdə saat 20:00 radələrində sürücülük vəsiqəsi ilə idarə etdiyi, faktiki mülkiyyətində olan və texniki cəhətdən saz vəziyyətdə olan “Hyundai İX 35” markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu ərazisində hərəkətdə olub.
Müəyyən edilib ki, təqsirləndirilən şəxs Şirin Mirzəyev küçəsi ilə Rizvan Teymurov küçəsi istiqamətində təxminən 40–50 km/saat sürətlə hərəkət edərkən qanunun tələblərini pozub. Belə ki, yolayrıcında hərəkət növbəliliyini müəyyən edən “Yol verin” yol nişanının tələblərinə əməl etməyərək, sözügedən ərazidəki yolayrıcında hərəkəti davam etdirib. Nəticədə təqsirləndirilən şəxsin idarə etdiyi avtomobil təxminən 60 km/saat sürətlə hərəkət edən P.P.-yə (adı, soyadı şərtid) məxsus “Kia Rio” markalı maşının ön sol hissəsi ilə toqquşub.
Yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Rio” avtomobilində sərnişin qismində olan A.Allahverdiyev ehtiyatsızlıqdan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarətləri alıb. Belə ki, ona sol tərəfli alın sümüyünün almacıq çıxıntısının xətti sınığı, alının hematoması və sol yanaq nahiyəsinin qançırı xəsarətləri yetirilib.
Faktla bağlı təqsirləndirilən şəxsin yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurması müəyyən edilib və İsgəndər Bahadurov cinayət məsuliyyətinə cəlb edilib.
Nizami Rayon Məhkəməsinin hökmü ilə o, 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
Qeyd: İsgəndər Bahadurov Lənkəran Rayon Mərkəzi Xəstəxanasında həkim-oftalmoloq vəzifəsində işləyir.
Kamal Məmmədov
12 Oktyabr 10:38
12 Oktyabr 10:32
12 Oktyabr 10:27
12 Oktyabr 10:17
12 Oktyabr 10:12
12 Oktyabr 10:05
12 Oktyabr 09:59
12 Oktyabr 09:58
12 Oktyabr 09:31
12 Oktyabr 09:09
12 Oktyabr 08:59
12 Oktyabr 08:47
12 Oktyabr 08:40
12 Oktyabr 08:38
12 Oktyabr 08:34
12 Oktyabr 08:21
12 Oktyabr 08:16
12 Oktyabr 08:12
12 Oktyabr 08:07
12 Oktyabr 07:57
12 Oktyabr 07:50
12 Oktyabr 06:31
11 Oktyabr 22:34
11 Oktyabr 22:32
11 Oktyabr 21:14
11 Oktyabr 19:56
11 Oktyabr 19:11
11 Oktyabr 19:09
11 Oktyabr 19:07
11 Oktyabr 17:48
11 Oktyabr 17:42
11 Oktyabr 17:31
11 Oktyabr 16:53
11 Oktyabr 16:52
11 Oktyabr 16:51
11 Oktyabr 16:48
11 Oktyabr 16:00
11 Oktyabr 15:57
11 Oktyabr 15:50
11 Oktyabr 15:33
11 Oktyabr 15:27
11 Oktyabr 15:15
11 Oktyabr 14:42
11 Oktyabr 14:26
11 Oktyabr 13:03
11 Oktyabr 13:01
11 Oktyabr 12:58
11 Oktyabr 12:19
11 Oktyabr 11:36
11 Oktyabr 11:23
11 Oktyabr 09:59
11 Oktyabr 09:07
11 Oktyabr 08:29
11 Oktyabr 08:24
11 Oktyabr 08:21
11 Oktyabr 02:14
10 Oktyabr 23:25
10 Oktyabr 22:25
10 Oktyabr 21:33
10 Oktyabr 21:23
10 Oktyabr 19:46
10 Oktyabr 18:58
10 Oktyabr 18:55
10 Oktyabr 18:43
10 Oktyabr 18:35
10 Oktyabr 18:29
10 Oktyabr 18:15
10 Oktyabr 18:05
10 Oktyabr 17:57
10 Oktyabr 17:43
10 Oktyabr 17:32
10 Oktyabr 17:19
10 Oktyabr 17:12
10 Oktyabr 17:04
10 Oktyabr 16:41
10 Oktyabr 16:35
10 Oktyabr 16:22
10 Oktyabr 16:11
10 Oktyabr 16:02
10 Oktyabr 15:59
10 Oktyabr 15:49
10 Oktyabr 15:27
10 Oktyabr 15:14
10 Oktyabr 14:52
10 Oktyabr 14:49
10 Oktyabr 14:46
10 Oktyabr 14:39
10 Oktyabr 14:32
10 Oktyabr 14:04
10 Oktyabr 13:57
10 Oktyabr 13:51
10 Oktyabr 13:30
10 Oktyabr 13:22
10 Oktyabr 13:04
10 Oktyabr 12:59
10 Oktyabr 12:48
10 Oktyabr 12:22
10 Oktyabr 12:17
10 Oktyabr 12:07
10 Oktyabr 11:51
10 Oktyabr 11:45
10 Oktyabr 11:37
10 Oktyabr 11:11
10 Oktyabr 11:09
10 Oktyabr 10:56
10 Oktyabr 10:52
10 Oktyabr 10:48
10 Oktyabr 10:46
10 Oktyabr 10:39
10 Oktyabr 10:29
10 Oktyabr 10:11
10 Oktyabr 10:07
10 Oktyabr 10:04
10 Oktyabr 09:30
10 Oktyabr 09:27
10 Oktyabr 05:48
10 Oktyabr 05:45
10 Oktyabr 05:43
10 Oktyabr 05:40
10 Oktyabr 05:38
9 Oktyabr 23:31
9 Oktyabr 23:28
9 Oktyabr 21:39
9 Oktyabr 21:28
9 Oktyabr 21:26
9 Oktyabr 21:23
9 Oktyabr 20:00
9 Oktyabr 19:57
9 Oktyabr 19:03
9 Oktyabr 19:01
9 Oktyabr 18:58
9 Oktyabr 18:51
9 Oktyabr 18:19
9 Oktyabr 18:13
9 Oktyabr 18:07
9 Oktyabr 18:06
9 Oktyabr 18:04
9 Oktyabr 17:57
9 Oktyabr 17:51
9 Oktyabr 17:48
9 Oktyabr 17:39
9 Oktyabr 17:37
9 Oktyabr 17:37
9 Oktyabr 17:25
9 Oktyabr 17:15
9 Oktyabr 17:05
9 Oktyabr 16:53
9 Oktyabr 16:45
9 Oktyabr 16:37
9 Oktyabr 16:32
Ən son xəbərləri səhifəmizdən də izləyin