BURADA REKLAMINIZ OLA
BİLƏR

AST Telmanın qohumu Bakıda həbs edildi

Azərbaycan əsilli biznesmen Telman İsmayılovun qardaşı nəvəsi Bakıda həbs edilib. O, dələduzluqda və oğurluqda ittiham edilir.

 

Pravda.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində 1986-cı il təvəllüdlü Vüqar Babayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

 

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

 

İttihama görə, Vüqar Babayev külli miqdarda dələduzluq edib. O, tanışının 230 min dollarını ələ keçirib. Bundan başqa, Vüqar Babayev kirayədə yaşadığı mənzilin əşyalarını oğurlamaqda da ittiham edilib.

 

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 177-ci (oğurluq) maddələri ilə ittiham irəli sürülüb.Musavat.com

Tarix: 13 Dekabr 2019, 18:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin