BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağdamda 19 milyonluq bina tikintisi ilə məşğul olan şirkət dövlətini borcunu ödəyə bilmir

“Merkuri-İnşaat” MMC-nin dövlətə borcu yaranıb.

 

Pravda.az-ın xəbərinə görə, şirkətin 47 098 AZN vergi borcu var.

 

“Merkuri-İnşaat”ın rəhbəri Mirzə Xıdır oğlu Məcnunovdur. Şirkətin hüquqi ünvanı əvvəllər Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 64, m mənzil 143 olsa da, hazırda Xankəndi şəhəridir.

 

Qeyd: MMC bu ilin aprelində Ağdam şəhəri 4 nömrəli yaşayış massivi, 9 və 10-cu məhəllələr üzrə çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının tikintisi işləri ilə əlaqədar tender əldə edib. Satınalmanın dəyəri 19 285 867 manat məbləğində olub.

 

Cabir

Tarix: 18 Dekabr 2025, 08:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin