Ali Məhkəmədə xuliqanlıqda ittiham edilən Zamiq İsmayılov və oğlu Elsevər İsmayılovun (hər ikisinin adları şərtidir) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, protest və şikayət təmin edilməyib.
Xaçmaz rayonunda baş vermiş xuliqanlıq faktları ilə bağlı məhkəmə işi üzrə qərar qüvvədə saxlanılıb.
Qeyd: Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Zamiq İsmayılov 30 iyul 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı Xaçmaz rayonu, Seyidlər kəndində yerləşən evinin qarşısında olan küçədə qonşusu, zərərçəkmiş Dadaş Quliyevin (adı, soyadı şərtidir) mobil telefondan istifadə etdiyini görərək onu ağır söyüşlərlə təhqir edib və ərazidən qovmağa cəhd göstərib. Hadisəyə aydınlıq gətirmək məqsədilə həmin yerə gələn Dadaş və onun atası Səfər Dadaşov (adı, soyadı şərtidir) ilə mübahisə edən Zamiq kənar şəxslərin gözü qarşısında öz üstünlüyünü nümayiş etdirərək ictimai qaydanı kobud şəkildə pozub, ucadan söyüşlər söyərək cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib. O, əvvəlcə Səfəri, daha sonra isə Dadaşın köynəyinin yaxasından tutub dartmaqla şəxslər üzərində zor tətbiq etməklə xuliqanlıq hərəkətləri törədib.
Araşdırmalarla həmçinin müəyyən edilib ki, həmin gün saat 20:30 radələrində Zamiq, oğlu Elsevər və bir qrup şəxslə birlikdə həmkəndlisi Səfərin yaşadığı evin qarşısına gedərək əvvəl baş vermiş mübahisəni bəhanə edib. Bu zaman onlar ictimai qaydanı yenidən kobud surətdə pozub, ucadan söyüşlər söyərək cəmiyyətə açıq hörmətsizlik nümayiş etdiriblər. Hadisə zamanı Səfər zərərçəkmiş Səmayə Quliyevanın (adı, soyadı şərtidir) yaxın qohumlarının – əri Səfər və oğlu Dadaşın gözü qarşısında yumruqla vurub. Nəticədə qadında sol göz ətrafında qançır-hematoma, sol süd vəzi və sol bazu nahiyəsində qançırlar yaranıb ki, bu da sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər kimi qiymətləndirilib.
Bundan başqa, Elsevər yumruqla Dadaşı vuraraq ona baş və üz nahiyələrinin əzilməsi ilə nəticələnən, sağlamlığa zərər vurmayan xəsarətlər yetirib. Mübahisəni ayırmağa cəhd göstərən Səfər isə Elsevər tərəfindən itələnərək yerə yıxılıb və sol dirsək nahiyəsində sıyrıq xəsarəti alıb. Beləliklə, ata və oğlu təkrarən, bir qrup şəxs halında, ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə müqavimət göstərməklə xuliqanlıq ediblər.
Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə Zamiq İsmayılov Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına, Elsevər İsmayılov isə həmin maddələr üzrə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib və üzərlərinə müvafiq vəzifələr qoyulub.
Hökmdən narazı qalan Zamiq apellyasiya şikayəti verərək hökmün ləğv olunmasını və barəsində bəraət hökmü çıxarılmasını xahiş edib. Eyni zamanda dövlət ittihamçısı da apellyasiya protesti verərək təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını tələb edib.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə həm apellyasiya şikayəti, həm də apellyasiya protesti təmin edilməyib, Xaçmaz Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.
Kamal Məmmədov
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin