BURADA REKLAMINIZ OLA
BİLƏR

Günel Mövludun kitablarının satışına qadağa qoyuldu: “Xalqın yanında olmağı ar bilirsənsə, qorxursansa...”

“Maksimum çalışıram ki, siyasi proseslərdən uzaq durum. Amma bu o demək deyil ki, vətəndaş mövqeyimi bildirməyim. Bəzən də kampaniyalara alət olmamaq üçün adam yan keçir. Amma etiraf edim ki, son hadisələrdə Sevinc Osmanqızının, Orduxanın, Tural Sadıqlının, Günel Mövludun çıxışları, vətəndaş parçalanmasına səslənişləri adamın əsəblərinə toxunur. Müxalifət kəlməsi mənim üçün önəmli ifadədir. Özüm də müxalif ruhluyam. Etiraz etmək, nə iləsə razılaşmamaq təbii haldır. Törəmiz var, evin içindəki söhbət evdə qalar. Ata-oğul, bacı-qardaş söhbətləri qonşulara gedib çıxırsa, bu ailə dəyərinin tapdalanmasıdır, o ki qala düşmənə”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Hədəf STEM Liseyinin direktoru, dosent Şəmil Sadiq deyib.

 

Ş.Sadiq bildirib ki, adam satıla bilər, adam nifrət edə bilər, lap belə haqlı da ola bilər, amma düşmən dəyirmanına göz görə görə körük vermək şəxsiyyətsizlikdir: “Atamgil dörd qardaşdır, uşaq vaxtı onların tez-tez küsüb barışmaqlarının şahidi olmuşam. Nə qədər acıqlı olsalar da bir birlərinə, birinin ciddi problemi olanda, kiminləsə savaşanda hər şeyi unudub əvvəlki hallarına dönürdülər həmin dəqiqə. Dostlarımızın da arasında onları izləyən, videolarını qruplara ataraq, gördün necə düz deyir deyənləri də var. Bəzən də haqlı olurlar. Amma heç vaxt mənim üçün səmimi olmayıblar. Çünki qərəz hiss edirdim yanaşmalarında. Son hadisələr şəxsən mənim üçün onların iç üzünü bir daha göstərdi. Çox alçaqcasına hərəkət etdilər. O Günel Mövlud deyilən qızın statusu belə bunu göstərdi. Adam deyir ki, mən şiddət paylaşa bilmərəm. Amma özü şiddətin yetirməsidir. Yazıçı deyib bəhbəhlə tərifləyənlər də var, düzü bir ədəbiyyatçı kimi başa düşməyə çalışmışam. Amma adamda gərək abır həya ola. Linç olunası şəxslərdir hamısı, onları bundan sonra bağışlamaq belə günahdır. Gücüm çatan bir odur ki, “Kitabevim.az”da Günelin kitablarının satışına, əgər varsa, qadağa qoyum. Tərbiyə, abır, həya başqa şeydir. Postmodernist qardaş bacılar isə onları oxumağa davam etsin. Emin Sadiqov bəy, təcili bu əbləhin kitablarına yox de, satışı varsa, elə indidən siyahıdan çıxar. Höküməti sevməyə bilərsən, bu sənin öz siyasi düşüncəndir, xalqının yanında olmağı ar bilirsən, qorxursansa, bu şərəfsizlikdir. Madam ki, bu millətin nümayəndəsi olmağına utanırsan, Azərbaycan sosial şəbəkəsindən də rədd ol, get özünə başqa qucaq axtar. Onları dostluğunuzdan çıxarmağı, bloka atmağı, ümumiyyətlə, görməzdən gəlməyi təklif edirəm. Söyüşlərimizdən qidalanmaqlarına belə imkan verməməliyik!”

 

G.Mövlud isə Ş.Sadiqə belə cavab verib: “İnsanları sülhə, dinc yaşayışa səslədiyi üçün bir yazıçının kitabının satışını dayandıran, qadağa qoyan kitabevim.az-ı baykot etməyə çağırıram sizi!”

Tarix: 26 İyul 2020, 13:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin