BURADA REKLAMINIZ OLA
BİLƏR

Emin Əmrullayev şagirdlərin məktəblərarası daşınması xidmətlərinə görə 10 manatlıq şirkətə 4.7 milyon ödəyəcək - Tender keçirilməyib

Elm və Təhsil Nazirliyi şagirdlərin məktəblərarası daşınması xidmətlərinə 4 735 096 AZN xərcləyəcək.

 

Pravda.az-ın xəbərinə görə, xidmət “Qala Express” MMC tərəfindən göstəriləcək.

 

Nazirliyin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi şirkətlə “bir mənbə metodu” ilə müqavilə bağlayıb. Yəni, müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Xidmətin detalları da məlum deyil.

 

Qeyd: Elm və təhsil naziri Emin Əmrullayevdir. "Qala Express"in rəhbəri isə Elşən Təvəkkül oğlu Şükürovdur. Nizamnamə kapitalı 10 AZN-dir. 

 

Cabir

Tarix: 22 Dekabr 2025, 09:45   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin