Beynəlxalq Stabilləşdirmə Qüvvələrinin Qəzzada yerləşdirilməsi məsələsi ləngiyir.
Pravda.az xəbər verir ki, bu barədə “Middle East Eye”da dərc olunan məqalədə deyilir.
Yazıda BMT Təhlükəsizlik Şurasının ötən ay Qəzzada beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə bağlı qətnamə qəbul etdiyi və buna Türkiyə, Qətər, Misir də daxil olmaqla bəzi ölkələrin dəstək göstərdiyi, lakin həmin vaxtdan bəri ciddi irəliləyişin əldə olunmadığı qeyd olunur.
Eyni zamanda, Azərbaycan prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəsmi Bakının Qəzzada yerləşdiriləcək missiyaya qoşun göndərməsi barədə yekun qərarının olmadığını bildirməsi də məqalədə yer alıb.
Hikmət Hacıyev deyib ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi Qəzzada konkret döyüş qaydaları, fəaliyyət mexanizmləri və missiyanın mandatının əhatə dairəsi ilə bağlı suallara cavab vermir. O, vurğulayıb ki, Azərbaycan 2023-cü ilə qədər qonşu Ermənistanla münaqişə şəraitində olub və ictimaiyyəti əlavə hərbi qüvvələrin səfərbər edilməsinə razı salmaq çətin olacaq.
Bundan başqa, mənbələr “Middle East Eye” nəşrinə bildiriblər ki, İsrailin Qəzzada Türkiyə hərbi qüvvələrinin yerləşdirilməsini qəbul etməməsi Azərbaycan, Pakistan, Səudiyyə Ərəbistanı və İndoneziya kimi tərəfdaşları ruhdan salıb.
“Qəzzaya humanitar yardımın əlaqələndirilməsi və sözügedən qüvvənin yaradılması ilə vəzifələndirilmiş ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu ayın əvvəlində Dohada sammit keçirib. Sammitə çox sayda ölkə dəvət olunsa da, İsrailin tələbi ilə Türkiyə bu siyahıya daxil edilməyib”, - məqalədə deyilir.
İordaniyanın bu missiyada iştirak etməyəcəyi, Türkiyənin hələ də məsələ ilə bağlı yekun qərar vermədiyi və BƏƏ-nin hazırkl dövrdə belə bir missiyada iştirak etmək niyyətinin olmadığı bildirilir.
“Ankaradakı mənbələr düşünür ki, Türkiyə hökuməti Qəzzaya qoşun göndərmədən də keçinə bilər, lakin onlar narahatdırlar ki, HAMAS Türkiyəyə göstərdiyi etimadı digər ölkələrə göstərməyə bilər. Bu səbəbdən də bütün mexanizmin yaxın gələcəkdə pozulma ehtimalı olacaq", - məqalədə vurğulanıb.
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
Ən son xəbərləri səhifəmizdən də izləyin