BURADA REKLAMINIZ OLA
BİLƏR

"Bakı Metropoliteni" kabel xətlərinin demontajı və yeni kabellərin montaj işlərinə 4 milyon xərcləyəcək – Xidməti Balaba Rzayevin qardaşının şirkəti göstərəcək

"Bakı Metropoliteni" QSC-də istismar müddətini tamamlamış orta gərginlikli (6–10 kV) kabel xətlərinin demontajı və yeni kabellərin montaj işlərinə 3 951 009 AZN sərf olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, bu xidməti “Bakelektro” ASC görəcək.

 

Tərəflər arasında bağlanan müqaviləyə uyğun olaraq işlərin icrasına başlanılıb.

 

Qeyd: “Bakelektro”nun rəhbəri “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Rzayevin qardaşı Rzayev Emin Hüseynağa oğludur. Şirkətin Nizamnamə kapitalı 20 milyon 238 min 228 manatdr, ASC-nin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 625-dir.

 

Cabir

Tarix: 25 Dekabr 2025, 09:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin