"Cənab Prezident İlham Əliyevin Ağdamda səsləndirdiyi fikirlər dərin mənalı olmaqla yanaşı, həm də ünvanlı idi. Xüsusilə də, dövlət başçımızın sıx iş qrafikini nəzərə alsaq, səsləndirilən hər bir fikir beynəlxalq münasibətlər sistemində baş verən hadisələrə son dərəcə ədalətli olmaqla yanaşı, eyni zamanda realist baxış, sayıq yanaşma demək idi. Bu gün dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə açıq şəkildə təcavüz edilir. Bilərəkdən, şüurlu qaydada separatçı ocaqlar yaradılaraq həmin bu ocaqlar vasitəsilə dövətlərə və xalqlara maksimum təzyiqlər göstərilir. Eyni zamanda həmin bu qanunsuz rejimlər vasitəsilə öz maraqlarına da çatırlar. Beynəlxalq hüquq baxımından nəticə və aqibət, sadəcə, acınacaqlıdır".
Bu sözləri Pravda.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.

“Bütün bu reallıqlar fonunda aydın şəkildə bildirildi ki, illər ərzində Azərbaycana qarşı münasibət bir cür, digər regionlara qarşı münasibət isə tamamilə fəqli cür idi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının məlum qərarlarının heç biri icra edilmədi. Ermənistana bircə dənə olsun belə sanksiya tətbiq edilmədi, baxmayaraq ki, oxşar hallarda Qərb dərhal reaksiya verirdi, sanksiyalar tətbiq edilirdi, hətta bununla kifayətlənməyərək hərbi gücə də müraciət edilirdi. Qarabağda yaradılan separatist rejimin rəhbərləri ABŞ-də, Rusiyada, Fransada səfərlərdə olurdular. Heç kim onlara gözünün üstündə qaşın var demirdi. Məsələn, Ukraynanın işğal olunmuş ərazilərində yaradılmış qondarma LNR, DNR-ın mövcudluğu, Gürcüstanda separatist rejimin yaradılması, Moldovada eyni ssenarinin tətbiq edilməsinə baxmayaraq Azərbaycana münasibətdə yanaşma tam haqsız idi. ABŞ konqresmenləri Azərbaycanın işğal altında olan ərazilərinə illegal səfərlər təşkil edirdilər. Pallone, Pekres, ermənipərəst siyasətçilər Azərbaycana qarşı son dərəcə qərəzli münasibət ortaya qoyurdu və Azərbaycanın dövlət başçısı bir daha bütün bu reallıqları masa üzərinə qoydu. Bildirdi ki, əslində bir cinahda biz idik, digər cinahda isə sadəcə Ermənistan yox idi, ATƏT-in Minsk Qrupunun həmsədrləri var idi və onlar bilərəkdən münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq istəyirdilər. Ən pisi və təhlükəlisi o idi ki, Azərbaycana qəbul etdirmək istəyirdilər ki, artıq bu məsələ bitib. Azərbaycan dövlətinin başçısı Ermənistana ötürülən pulsuz silahların da, verilən dəstəyin də haradan, necə, nə cür gəldiyini, məsələlərin hardan qaynaqlandığını, necə qaynadıldığını bir daha masa üzərinə qətiyyətlə qoydu", - politoloq bildirib.
Aytəkin Qardaşova
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin