Azərbaycanda problemli kreditlərin məbləği 12 %-dən çox artıb. Bu il dekabrın 1-nə olan göstəricilərə görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 557,6 milyon manat təşkil edib. Bu, noyabrın 1-i ilə müqayisədə 2,35 % çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 24,2 %, son 1 ildə isə 12,3 % artıb.
Bəs problemli kreditlər nə üçün artır?
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Xalid Kərimlinin sözlərinə görə, ümumilikdə problemli kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə artıb:
“Qeyri-işlək kreditlərin payı əvvəl 2,4 faiz idisə, hazırda 2,8 faizə yüksəlib. Tərkibinə baxılan zaman görünür ki, ipoteka kreditlərində isə azalma müşahidə edilir. Belə ki, ipoteka kreditləri üzrə qeyri-işlək portfel 0,8 faizdən 0,7 faizə düşüb. Biznes kreditlərində artım müşahidə edilib. Göstərici 2,5 faizdən 2,8 faizə yüksəlib. Ən yüksək sürət istehlak kreditlərində qeydə alınır. Belə ki, bu göstərici 2,9 faizdən 3,6 faizə yüksəlib. Yəni ümumi kredit portfelinin 3,6 faizi istehlak kreditləri üzrə problemli hala çevrilib. Bu tendensiya arzuolunan olmasa da, vəziyyət kritik hesab edilmir. Yaxşı olar ki, hər kəs öhdəliklərini vaxtında icra etsin. Qeyd edək ki, hazırkı rəqəmlərdə müəyyən mənfi dinamika müşahidə olunsa da, bu göstəricilər ciddi risk səviyyəsi kimi qiymətləndirilmir. Hətta problemli kreditlərin ümumi portfeldə payının 2,8 faizə yüksəlməsinə baxmayaraq, göstəricinin 3 faizdən aşağı qalması müsbət amil hesab olunur. Müqayisə üçün deyək ki, 2021-ci ildə qeyri-işlək portfel 4,5%, 2022-ci ildə 3,8 % təşkil edib. Mövcud göstəricilər ümumilikdə normal səviyyə kimi dəyərləndirilə bilər”.
X. Kərimli bildirib ki, göstəricilərin artmasının iki əsas səbəbi var: “Birinci səbəb inflyasiyanın, xüsusilə də ərzaq inflyasiyasının kifayət qədər sürətli olmasıdır ki, bu da əhalinin xərclərinin artmasına gətirib çıxarır. İkinci amil isə faiz dərəcələrinin kəskin yüksəlməsidir. Son iki ildə faiz dərəcələri orta hesabla 3–4 faiz artıb. Əvvəllər biznes kreditləri 10–12 faizlə təqdim olunurdusa, hazırda bu göstərici 15–16 faizə yüksəlib. Bu da biznes kreditləri üzrə faiz dərəcələrinin təxminən 25 faiz artması deməkdir. Oxşar dinamika istehlak kreditlərində də müşahidə olunur. Belə ki, əvvəllər 18–19 faizlə verilən istehlak kreditləri hazırda 25–30 faizlə təklif edilir ki, bu da əhalinin maliyyə vəziyyətinə mənfi təsir göstərir”.
İqtisadçı onu da əlavə edib ki, bu məsələdə Mərkəzi Bank kifayət qədər ehtiyatlı mövqe nümayiş etdirir: “Kredit kartlarına limitlər təyin edilib və bu kimi addımlar atılıb. Hazırkı vəziyyət isə çox da mənfi mənzərə yaratmır”.
Şəhanə Quliyeva
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin