BURADA REKLAMINIZ OLA
BİLƏR

Xocavənddə 80 fərdi yaşayış evinin təmirinə 10.5 milyon xərclənəcək – Tender keçirilməyib

Xocavənd rayonunun Xocavənd şəhərində fərdi yaşayış evlərinin (30 ev - 5700,00 m2) təmir işlərinə 1 988 029 AZN sərf olunacaq.

 

Pravda.az-ın xəbərinə görə, sifarişçi “Ağdam, Füzuli və Xocavənd Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsdir.

 

İcraçı isə “Layihə Bərpa Tikinti” MMC-dir.

 

İş icraçıya tender keçirilmədən verilib, yəni tərəflər arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.

 

Xocavənd kəndində fərdi yaşayış evlərinin (50 ev - 9500 m2) və Xocavənd rayonunun Quzeyxırman kəndində fərdi yaşayış evlərinin (78 ev - 14820 m2) təmir işlərinə isə 8 509 549 AZN xərclənəcək. Bu işi isə “Az-Caspian Construction” MMC görəcək. Bu satınalma da “Bir mənbə metodu” üzrə həyata keçirilib.

 

Cabir

Tarix: 26 Dekabr 2025, 11:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin