BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramananın bəzi ərazilərində işıq olmayacaq

Bu gün Ramana qəsəbəsinin bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

"Azərişıq"dan Pravda.az-a verilən məlumata görə, dekabrın 26-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 13:00-dan 18:00-dək Ramana qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilələrlə məhdudiyyət yaranacaq.

 

"Təmir işləri yekunlaşdıqdan sonra yaşayış məntəqəsi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub.

Tarix: 26 Dekabr 2025, 13:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin