BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərnişin avtobusunda çəkilən foto müzakirələrə səbəb oldu

Bu gün səhər saatlarında Bakıda 165 saylı marşrut avtobusunda çəkilən foto müzakirələrə səbəb olub.

 

Pravda.az-ın xəbərinə görə, avtobusda sıxlıq müşahidə olunur.

 

Sosial şəbəkə istifadəçiləri buna görə Bakı Nəqliyyat Agentliyini tənqid ediblər. Bildirilib ki, xəttə buraxılan avtobusların sayı az olduğundan səhər və axşam saatlarında sıxlıq olur, bu da pandemiyanın yayılmasını sürətləndirə bilər.

 

Qeyd: Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkə üzrə xüsusi karantin rejimi 2020-ci il 31 avqust saat 00:00-dək uzadılıb. Bakı metrosunun fəaliyyəti də avqustun 5-dək dayandırılıb. Qərara əsasən, insanlar tibbi maska taxsa belə, iki metr sosial məsafə saxlamalıdırlar. Göründüyü kimi, Bakı metrosu işləmədiyindən və xəttə az sayda avtobus buraxıldığından sıxlıq müşahidə olunur, sosial məsafə nəinki 2 metr, heç 2 santimetr də olmur.

Fotoları təqdim edirik
Tarix: 27 İyul 2020, 09:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin