BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sakinlər intihara cəhd etdilər - İcra başçısı hadisə yerinə gəldi - FOTOLAR

Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin bir qrup sakini etiraz aksiyası keçirib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə bloqer Mehman Hüseynov məlumat verib.

 

M. Hüseynov bildirib ki, sakinlər etiraz əlaməti olaraq çoxmənzilli yaşayış binasının damına çıxıblar: “Onlar deyir ki, problemləri su, qaz, işıqla bağlıdır. Suraxanı Rayon İcra Hakimiyyəti, Bələdiyyə sakinlərin şikayətinə baxmır”.

 

Rayonun icra başçısı Əziz Əzizov hadisə yerinə gəlib, vəziyyətlə maraqlanıb və deyib ki, qaldırılan problem tez bir zamanda həll ediləcək.

 

Fotoları təqdim edirik
Tarix: 13 Dekabr 2019, 21:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin