Reklam

Azərbaycan axtarışda olan Tacikistan vətəndaşını təhvil verdi

Tacikistan Respublikasının hüquq mühafizə orqanları ilə cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam etdirilir. Dələduzluqda təqsirli bilinərək dövlətlərarası axtarışa verilmiş 13.01.1992-ci il təvəllüdlü, Tacikistan vətəndaşı Mukhammadnido Nazarmukhammadzodanın verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti Azərbaycan Baş Prokurorluğu tərəfindən təmin edilib.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Mukhammadnido Nazarmukhammadzoda 2025-ci ildə Azərbaycanda müəyyən edilərək həbs edilib.

 

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Tacikistan Respublikasının səlahiyyətli orqanlarına təhvil verilib.

Tarix: 9 Yanvar 2026, 12:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin