BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir generalın müavinini işdən çıxardı - Yeni təyinat (FOTO)

Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni rəis müavini təyin edilib.

 

Pravda.az-ın Qaynarinfo-ya istinadən məlumatın görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Tamerlan Allahverdiyev Akademiyanın rəis müavin təyin olunub.

 

Nazirin digər əmri ilə uzun illər Akademiya rəisinin müavini vəzifəsində çalışmış polkovnik Aslan Hüseynov vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

 

Qeyd edək ki, yeni təyin olunan rəis müavini Tamerlan Allahverdiyev bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin şöbə müdiri vəzifəsində çalışıb.

 

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Hacı-Baba oğlu Salayevdir.

 

Aslan Hüseynov

 

Tamerlan Allahverdiyev

Tarix: 9 Yanvar 2026, 15:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin