BURADA REKLAMINIZ OLA
BİLƏR

Lənkəranda ailənin 10-cu uşağı doğulub

Lənkəranda ailənin 10-cu uşağı dünyaya gəlib.

 

Rayonun Sinovli kənd sakini 45 yaşlı Samirə Mehrəliyeva 10-cu uşağını dünyaya gətirib.

 

Lənkəran Regional Perinatal Mərkəzdə doğulan uşağın cinsiyyəti oğlandır.

 

Qeyd edək ki, 26 ildir ailə quran ailənin 10 uşağından 7-si qız, 3-ü oğlandır. Qızlardan 5-i artıq ailə qurub. Samirə Mehrəliyevanın 8 nəvəsi var.

 

APA

Tarix: 10 Yanvar 2026, 11:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin