BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda moped və motosiklet oğurluğu edən şəxslər saxlanılıb

Paytaxt ərazisində moped və motosiklet oğurluğu edən şəxslər saxlanılıb.

 

Bu barədə Pravda.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Binəqədi rayonunda yerləşən evlərdən birinin qarşısından “Tufan M-50” markalı motosikletin oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Məmmədzadə müəyyən edilərək saxlanılıb.

 

Digər bir əməliyyatla Suraxanı rayonunda da bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinən İ.Məmmədli polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Tarix: 10 Yanvar 2026, 16:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin