BURADA REKLAMINIZ OLA
BİLƏR

"Qaçqınkom" "Qobu Park"da binaların vəziyyəti ilə bağlı yayılan məlumatlara münasibət bildirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Qobu Park” yaşayış kompleksindəki binaların vəziyyəti ilə bağlı yayılan iddialar haqda məlumatlara münasibət bildirib.

 

Dövlət Komitəsindən Pravda.az-a verilən məlumata görə, bundan öncə də, oxşar hadisə zamanı podratçı şirkət və aidiyyəti qurum tərəfindən aparılan texniki baxış və mühəndis yoxlamaları nəticəsində binaların möhkəmliyi və təhlükəsizliyi ilə əlaqədar heç bir problem qeydə alınmayıb.

 

Məlumatda qeyd olunub ki, kompleksin texniki durumu daimi olaraq podratçı tərəfindən nəzarətdə saxlanılır: “Monitorinq prosesi çərçivəsində mütəmadi olaraq qiymətləndirmələr aparılır və ehtiyac yaranarsa, qabaqlayıcı tədbirlər görülür”.

Tarix: 10 Yanvar 2026, 17:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin