BURADA REKLAMINIZ OLA
BİLƏR

İran Birləşmiş Ştatların hərbi və kommersiya obyektlərinə hücum edərsə, ABŞ İrana indiyədək misli görünməmiş zərbələr endirəcək

Əgər İslam Respublikası Birləşmiş Ştatların hərbi və kommersiya obyektlərinə hücum edərsə, ABŞ İrana indiyədək misli görünməmiş zərbələr endirəcək.

 

Bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.

 

ABŞ Prezidentinin sözlərinə görə, onun sərəncamında “çox güclü fəaliyyət variantları” mövcuddur.

 

Tramp qeyd edib ki, əgər İran hücum edərsə, ABŞ onlara indiyə qədər heç vaxt yaşamadıqları gücdə zərbələr endirəcək.

 

“Onlar buna inanmaqda belə çətinlik çəkəcəklər”, — Tramp vurğulayıb.

 

APA

Tarix: 12 Yanvar 2026, 10:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin