BURADA REKLAMINIZ OLA
BİLƏR

“Deputatlar özlərini elə apardılar ki, sanki parlamentdə deyillər”

“Aktiv olmayan, danışmamağa üstünlük verən deputatların çoxunun bu dəfə mandatsız qalacağı ehtimalı yüksəkdir”.

 

Pravda.az-ın xəbərinə görə, politoloq Qabil Hüseynli deyib.

 

Q.Hüseynli qeyd edib ki, parlament sözünün tərcüməsi danışmaq, müzakirə aparmaqdır: “Bu illər ərzində həmin deputatlar özlərini elə apardılar ki, sanki parlamentdə deyillər, deputat mandatı daşımırlar. Deputat məsələlərin, qanun layihələrinin müzakirəsində aktiv iştirak etmirsə, təşəbbüskarlıq göstərmirsə, hakim partiyanın deputat siyahısı ilə və ya dəstəyi ilə seçilib lazımi anlarda ölkə rəhbərliyini müdafiə etmirsə, əlbəttə ki, o cür deputatdan razı qalmaq mümkün deyil. Ona görə də həmin deputatların növbəti dəfə mandat əldə etməsi, yəqin ki, çətin olacaq. Cənab prezident də bəyan edib ki, yeni reallıqlar var və hazırda daha fərqli, sürətlə inkişaf edən dünyada yaşayırıq. Bu səbəbdən hazırda çox bacarıqlı, bilikli, savadlı kadrlara ehtiyac var. Onların potensialından istifadə olunmalıdır”.Musavat.com

 

Tarix: 14 Dekabr 2019, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin