BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrük rüsumları 2 dəfə azaldıldı

Gön (iribuynuzlu mal-qara və quzu gönləri, atlar fəsiləsi heyvanlarının gönləri) ixracı və idxalı ilə bağlı gömrük rüsumları 2 dəfə azaldılıb.

 

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

 

Əgər 31 dekabr 2025-ci il tarixədək ölkədən ixrac edilən gönlərin hər 1000 kiloqramına 500 ABŞ dolları gömrük rüsumu tətbiq edilibsə, 1 yanvar 2026-cı ildən 31 dekabr 2026-cı ilədək tətbiq edilən gömrük rüsumu 250 ABŞ dolları olacaq.

 

Azərbaycana idxal edilən təzə və qurudulmuş gönlərə tətbiq edilən gömrük rüsumları da 2 dəfə azaldılaraq 1000 kiloqram üçün 150 ABŞ dollarından 75 ABŞ dollarına endirilib.

Tarix: 12 Yanvar 2026, 19:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin