BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəşad Atakişiyevin qardaşı oğlu əmisi üçün ağladı FOTO

Polkovnik-leytenant Rəşad Atakişiyevin qardaşı oğlu Bayraq Günü ilə bağlı keçirilən tədbirdə əmisi yadına düşdüyü üçün kövrəlib.

 

Pravda.az xəbər verir ki, bu barədə sosial şəbəkədə millət vəkili Aydın Mirzəzadə paylaşım edib.

 

“Bu gün Azərbaycan radiosunda Dövlət Bayrağı Günü münasibəti ilə verilişə dəvət edilmişdim. Verilişə bir şəkil və mətn göndərilmişdi. Mətndə bu sözlər yazılmışdı:

 

" Bu ağlayan mənim şagirdimdir. Şəhid Rəşad Atakişiyevin qardaşı oğludur.Dünən dərsdə vətən, şəhidlər mövzusunda söhbətimiz əsnasında gördüm ağlayır. Dedi, əmim yadıma düşdü, müəllim, Xətai rayonu, 191 nömrəli məktəb”.

 

Qeyd edək ki, Rəşad Atakişiyevin idarə etdiyi hərbi təyyarə iyulun 24-də, gecə, təlim-məşq uçuşu keçirən zamanı dənizə düşüb. Onun nəşi avqustun 20-də tapılaraq dənizdən çıxarılıb.

Tarix: 9 Noyabr 2019, 20:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin