BURADA REKLAMINIZ OLA
BİLƏR

Qadınların rəylərinə görə 2026-cı ilin ən yaxşı avtomobilləri açıqlandı

Münsiflər heyəti yalnız qadınlardan ibarət olan "Women's Worldwide Car of the Year" (WWCOTY) müsabiqəsinin 2026-cı il üzrə ilkin qaliblərinin siyahısı açıqlanıb. Altı kateqoriya üzrə əsas mükafata iddialı olan ən yaxşı avtomobillər müəyyən edilib. Müsabiqənin qalibi mart ayında elan olunacaq.

 

Builki müsabiqə 15-ci dəfədir keçirilir. Qaliblər 40 ölkədən təqdim edilən 55 iddiaçı arasından seçib.

 

"Nissan Leaf" ən yaxşı kompakt avtomobil mükafatını qazanıb. "Skoda Elroq" kiçik krossoverlər arasından ən yaxşısı seçilib, "Mercedes-Benz CLA" ən yaxşı yeni minik avtomobili seçilib.

Qadınların rəylərinə görə 2026-cı ilin ən yaxşı avtomobilləri AÇIQLANDI

Qadınların rəylərinə görə 2026-cı ilin ən yaxşı avtomobilləri AÇIQLANDI

 

Qadınların rəylərinə görə 2026-cı ilin ən yaxşı avtomobilləri AÇIQLANDI

"Hyundai Ioniq 9" böyük krossover, "Toyota 4Runner" isə ən yaxşı SUV mükafatını qazanıb. Qaliblərin siyahısını ən yaxşı idman avtomobili seçilən "Lamborghini Temerario" tamamlayıb.

Qadınların rəylərinə görə 2026-cı ilin ən yaxşı avtomobilləri AÇIQLANDI

Qadınların rəylərinə görə 2026-cı ilin ən yaxşı avtomobilləri AÇIQLANDI

Qadınların rəylərinə görə 2026-cı ilin ən yaxşı avtomobilləri AÇIQLANDI

Bundan əlavə, müsabiqədə iki xüsusi mükafat təqdim edilib. Bu mükafatlar avtomobil sənayesinə və qabaqcıl texnologiyaların tətbiqinə verdiyi əhəmiyyətli töhfələrə görə "Renault" və "Ford" şirkətlərinə verilib.

 

Oxu.az

Tarix: 14 Yanvar 2026, 09:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin