BURADA REKLAMINIZ OLA
BİLƏR

Tovuzda həmkəndlisini döyərək öldürən şəhid atası qərardan narazıdır

Tovuzda qəbiristanlıqda həmkəndlisini döyüb öldürməkdə təqsirləndirilən Mübariz Yusifovun barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hazırda şikayət Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq.


İttihama görə, təqsirləndirilən şəxs M.Yusifov 2024-cü il iyulun 1-də Tovuz rayonunun Yuxarı Öysüzlü kənd qəbiristanlığında şəhid oğlu Münasib Yusifovun məzarını ziyarətə gedərkən orada həmkəndlisi, 1958-ci il təvəllüdlü Novruz Hacıyevin heyvan otardığını görüb. Şəhid atası Novruz Hacıyevə irad tutub və qəbiristanlıqda olan heyvanları çıxararkən N.Hacıyev ona çomaqla hücum edib. Mübariz Yusifov çomağı ondan alaraq N.Hacıyevi yerə yıxaraq həmin çomaqla onun baş və bədən nahiyəsinə zərbələr endirib.


Yaralı xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib.


Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, M.Yusifov qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilib.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Yusifov 10 il azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Kamal Məmmədov 

Tarix: 14 Yanvar 2026, 09:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin