BURADA REKLAMINIZ OLA
BİLƏR

Taksi sürücüsünə basqın edən gənclərdən xəbər var

Ucarda quldurluq etməkdə təqsirləndirilən Əhmədov Elxan Yalçın oğlu, Məcidov Əbdürrəhim İlqar oğlu və İbrahimov Əli Saday oğlunun barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hazırda şikayət Şahin Yusifovun sədrliyi ilə araşdırılır.


Qeyd: Hadisə 2022-ci ilin dekabrında Ucar şəhərinin Oğuz küçəsində baş verib. Şəhər sakini Əliyev Vüqar Qasım oğlu polisə müraciətində bildirib ki, avtomobilinin yük yerinə 7 min manat dəyərində qızıl üzüklər olan çantanı qoyarkən 2 nəfər tibbi maskalı naməlum şəxs ona yaxınlaşıb. Həmin şəxslər çantanı tələb ediblər. Əliyev imtina etdikdə isə ona xəsarət yetiriblər və avtomobilin şüşəsini sındıraraq qaçıblar.


İstintaq əməliyyat tədbirləri ilə quldurluğun Ucar şəhər sakinləri 20 yaşlı Əhmədov Elxan Yalçın oğlu, 17 yaşlı Məcidov Əbdürrəhim İlqar oğlu və 19 yaşlı İbrahimov Əli Saday oğlu tərəfindən törədilməsi müəyyən edilib.


Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Əhmədovla Əli İbrahimov 8 il və Əbdürrəhim Məcidov isə 5 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, şikayət təmin edilməyib.

 

Kamal Məmmədov 

Tarix: 14 Yanvar 2026, 09:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin