Sumqayıt Apellyasiya Məhkəməsində oğurluq və quldurluqda təqsirləndirilən Kərim Kərimovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ruhiyyə Əsgərovanın keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttiham aktına görə, 2007-ci il təvəllüdlü Kərim Kərimov tanışı ilə qabaqcadan əlbir olaraq 5 mart 2022-ci il tarixdə saat 18:00 radələrində Xaçmaz rayonunda zərərçəkmiş S.S.-ə (adı, soyadı şərtidir) məxsus, hasarla əhatə olunmuş və yeni inşa edilmiş yaşayış evinin qarşısına gəlib. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşaraq həyətyanı sahəyə qanunsuz daxil olub və evin divarlarına quraşdırılmış, ümumi uzunluğu 1100 metr olan, mis tərkibli elektrik naqillərini gizli yolla talayıb. Hər metrinin dəyəri 0,7 manat olan naqillərin ümumi dəyərinin 770 manat olduğu müəyyən edilib.
Bundan başqa, o, tanışları və yetkinlik yaşına çatmayan şəxslə ilə birlikdə 11 mart 2022-ci il tarixdə saat 22:00 radələrində Xaçmaz rayonunda zərərçəkmiş T.T.-yə (adı, soyadı şərtidir) məxsus, yerləşən hasarla əhatə olunmuş yeni tikili evə daxil olub. Evə asma qıfılı sındıraraq daxil olan təqsirləndirilən şəxs və digər şəxslər müxtəlif ölçülü mis tərkibli elektrik naqilləri və bir ədəd elektrikli dəmir kəsən aləti (laqonda) gizli yolla ələ keçiriblər. Talınan əmlakın ümumi dəyəri 730 manat təşkil edib.
Bundan başqa, Kərim 1 may 2022-ci il tarixdə saat 14:00 radələrində Xaçmaz şəhər mərkəzi bazarında zərərçəkmiş M.M.-ə (adı, soyadı şərtidir) məxsus piştaxtanın üzərindən içərisində 800 manat nağd pul, şəxsiyyət vəsiqəsi, plastik pensiya kartı və pul kisəsi olan əmlakı götürərək ümumilikdə 807 manat maddi ziyan vurub.
Araşdırmalarla həmçinin müəyyən edilib ki, o, 17 iyun 2024-cü il tarixdə saat 22:00 radələrində Xaçmaz şəhəri, Bakı prospektində, Bayraq Meydanının yaxınlığında yerləşən piyada keçidi ərazisində zərərçəkmiş C.C.-nin (adı, soyadı şərtidir) qarşısını kəsib. Təqsirləndirilən şəxs üzərində olan qatlanan cib bıçağını silah qismində istifadə edərək həmin şəxsə qarşı həyat üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi ilə hədələyib və onun cibində olan 149 manat pulu ələ keçirib. Bununla o, təkrarən silah tətbiq etməklə quldurluq əməli törədib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kərim Kərimov törətdiyi cinayət əməllərinə görə 7 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd: Kərim Kərimov Xaçmaz Rayon Məhkəməsinin 2024-cü il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilmişdi.
Kamal Məmmədov
24 Oktyabr 00:36
24 Oktyabr 00:33
24 Oktyabr 00:32
24 Oktyabr 00:29
23 Oktyabr 22:21
23 Oktyabr 22:06
23 Oktyabr 21:04
23 Oktyabr 21:00
23 Oktyabr 20:48
23 Oktyabr 18:49
23 Oktyabr 18:49
23 Oktyabr 18:45
23 Oktyabr 18:41
23 Oktyabr 18:35
23 Oktyabr 18:31
23 Oktyabr 18:27
23 Oktyabr 18:23
23 Oktyabr 18:18
23 Oktyabr 18:12
23 Oktyabr 18:05
23 Oktyabr 17:59
23 Oktyabr 17:55
23 Oktyabr 17:48
23 Oktyabr 17:42
23 Oktyabr 17:39
23 Oktyabr 17:37
23 Oktyabr 17:33
23 Oktyabr 17:24
23 Oktyabr 17:19
23 Oktyabr 17:17
23 Oktyabr 17:12
23 Oktyabr 17:05
23 Oktyabr 16:57
23 Oktyabr 16:51
23 Oktyabr 16:39
23 Oktyabr 16:35
23 Oktyabr 16:31
23 Oktyabr 16:29
23 Oktyabr 16:21
23 Oktyabr 16:17
23 Oktyabr 16:12
23 Oktyabr 16:07
23 Oktyabr 16:07
23 Oktyabr 15:59
23 Oktyabr 15:58
23 Oktyabr 15:54
23 Oktyabr 15:39
23 Oktyabr 15:37
23 Oktyabr 15:25
23 Oktyabr 15:18
23 Oktyabr 15:15
23 Oktyabr 15:10
23 Oktyabr 15:05
23 Oktyabr 14:55
23 Oktyabr 14:47
23 Oktyabr 14:45
23 Oktyabr 14:41
23 Oktyabr 14:33
23 Oktyabr 14:29
23 Oktyabr 14:27
23 Oktyabr 14:15
23 Oktyabr 14:11
23 Oktyabr 14:09
23 Oktyabr 14:04
23 Oktyabr 13:54
23 Oktyabr 13:47
23 Oktyabr 13:42
23 Oktyabr 13:39
23 Oktyabr 13:35
23 Oktyabr 13:29
23 Oktyabr 13:25
23 Oktyabr 13:22
23 Oktyabr 13:17
23 Oktyabr 13:10
23 Oktyabr 12:53
23 Oktyabr 12:47
23 Oktyabr 12:44
23 Oktyabr 12:36
23 Oktyabr 12:32
23 Oktyabr 12:30
23 Oktyabr 12:24
23 Oktyabr 12:13
23 Oktyabr 12:07
23 Oktyabr 12:01
23 Oktyabr 12:00
23 Oktyabr 11:56
23 Oktyabr 11:52
23 Oktyabr 11:45
23 Oktyabr 11:40
23 Oktyabr 11:35
23 Oktyabr 11:31
23 Oktyabr 11:16
23 Oktyabr 11:14
23 Oktyabr 11:12
23 Oktyabr 11:10
23 Oktyabr 10:45
23 Oktyabr 10:42
23 Oktyabr 10:38
23 Oktyabr 10:34
23 Oktyabr 10:33
23 Oktyabr 10:31
23 Oktyabr 10:21
23 Oktyabr 10:18
23 Oktyabr 10:17
23 Oktyabr 10:15
23 Oktyabr 10:08
23 Oktyabr 10:07
23 Oktyabr 09:59
23 Oktyabr 09:58
23 Oktyabr 09:57
23 Oktyabr 09:34
23 Oktyabr 09:12
23 Oktyabr 09:03
23 Oktyabr 08:41
23 Oktyabr 08:31
23 Oktyabr 08:25
23 Oktyabr 08:20
23 Oktyabr 08:16
23 Oktyabr 08:16
23 Oktyabr 08:14
23 Oktyabr 08:12
23 Oktyabr 08:08
23 Oktyabr 06:26
23 Oktyabr 06:24
23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:10
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
Ən son xəbərləri səhifəmizdən də izləyin