BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Ermənistan Azərbaycanla silah yolu ilə danışmaq istəsə, ağır cavabını alacaq”

“Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, Ermənistan öz Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəanı çıxarmalıdır. Bu, Azərbaycanla sülh müqaviləsinin imzalanmasının yeganə çıxış yoludur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

 

Onun sözlərinə görə Konstitusiya dəyişməzsə, Azərbaycan və Ermənistan arasındakı sərhəd açılmayacaq: “Bundan əlavə, Azərbaycan Ermənistanla başladığı iqtisadi əlaqələri dayandıracaq və Ermənistan düşdüyü ağır vəziyyətdən çıxış yolu axtaracaq. Ermənistan Azərbaycanla silah yolu ilə danışmaq istəsə, ağır cavab alacaq, özünü siyasi bataqlığa batıracaq. Ermənistanda kimin qalib gələcəyini seçkilər göstərəcək. Azərbaycan üçün maraqlı deyil. İstənilən halda Konstitusiyada dəyişiklikdən sonra Azərbaycan-Ermənistan münasibətlərində yeni səhifə başlaya bilər”.

 

Qeyd: Ermənistanda iyun ayında parlament seçkiləri keçiriləcək. Seçkilərin gərgin keçəcəyi gözlənilir və sonrakı siyasi sabitlik sülh prosesinin davamı üçün həlledici olacağı ehtimal edilir.

 

Şəhanə Quliyeva

Tarix: 14 Yanvar 2026, 12:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin