BURADA REKLAMINIZ OLA
BİLƏR

Ən uyğun saç rəngi necə seçilməlidir?

Saç rənginin düzgün seçilməsi xarici görünüşə birbaşa təsir edir.


Pravda.az bildirir ki, ən uyğun saç rəngini tapmaq üçün ilk növbədə dəri tonu və alt ton nəzərə alınmalıdır.


Doğru rəng seçimi üzü daha canlı, baxımlı və təbii göstərir.
 

Stilistlər qeyd edirlər ki, təbii saç rəngindən maksimum iki ton açıq və ya tünd seçim ən ideal variant hesab olunur. Çox kəskin rəng dəyişiklikləri üz cizgilərini sərtləşdirə bilər.


Dəri alt tonunu müəyyən etmək üçün sadə üsul da var. Biləkdəki damarların rəngi bu barədə ipucu verir: damarlar mavi və ya bənövşəyi görünürsə, soyuq alt ton; yaşıl görünürsə, isti alt ton üstünlük təşkil edir. İsti alt tonlara qızılı sarı, karamel və bal çalarları, soyuq alt tonlara isə küllü və platin rənglər daha çox yaraşır. Nötr alt tona sahib olanlar isə geniş rəng seçimindən yararlana bilər.


Mütəxəssislər ev şəraitində saç boyayanlara bir ton daha açıq rəng seçməyi tövsiyə edir. Həmçinin boya sonrası saçın parlaqlığını və rəngini qorumaq üçün uyğun şampun və baxım vasitələrindən istifadə vacib sayılır.
Düzgün seçilmiş saç rəngi təkcə görünüşü deyil, ümumi üslubu da tamamlayır.


Əminə Bayramova 

Tarix: 14 Yanvar 2026, 14:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin