BURADA REKLAMINIZ OLA
BİLƏR

Qarın bölgəsi ön planda olan qadınlar üçün geyim tövsiyələri

Bədən quruluşundan asılı olmayaraq, düzgün geyim seçimi qadınları daha zərif və balanslı göstərir. Xüsusilə qarın bölgəsi ön planda olan qadınlar üçün stil mütəxəssisləri bir sıra praktik tövsiyələr verir.


Pravda.az bildirir ki, yüksək bel şalvar və ətəklər, A-kəsim donlar və rahat tuniklər silueti daha düz göstərir və qarın hissəsini vurğulamır.


Parça seçimi də önəmlidir. Axıcı və yüngül materiallar — krep, viskon, şifon kimi parçalar bədənə yapışmadığı üçün qarın bölgəsi daha az önə çıxır. Çox qalın və sərt parçalar isə əks təsir yarada bilər.


Rəng və naxış seçimində sadə modellərə üstünlük verilir. Şaquli, xırda naxışlar və tək rəngli geyimlər bədəni daha uzun və incə göstərir.


Bel xəttinə diqqət yetirmək üçün sinə altından başlayan modellər və ya kəmərsiz geyimlər tövsiyə olunur.


Stilistlər vurğulayır ki, əsas amil özünə inam və rahatlıqdır. Öz bədən tipinə uyğun və rahat geyim seçən qadınlar hər zaman daha baxımlı görünür.


Əminə Bayramova 

Tarix: 14 Yanvar 2026, 15:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin