BURADA REKLAMINIZ OLA
BİLƏR

Hikmət Hacıyev Ukrayna səfiri ilə strateji tərəfdaşlığın gücləndirilməsini müzakirə etdi

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ukrayna səfiri Yuri Husyevlə görüşüb.

 

Bu  barədə Ukrayna səfiri “X” hesabında bildirib.

 

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə məhsuldar görüşümüz oldu. 2025-ci ilin nəticələrini və 2026-cı ildə strateji tərəfdaşlığımızı gücləndirməyin yollarını müzakirə etdik. Azərbaycanın Ukraynaya davamlı dəstəyinə görə minnətdarıq”, - Ukrayna səfiri qeyd edib.

Tarix: 14 Yanvar 2026, 17:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin