BURADA REKLAMINIZ OLA
BİLƏR

Əvvəl bəraət alan, sonra həbs edilən şəxs yenidən məhkəmə qarşısında

Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Tərlan Qasımovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.



Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlqar Cəfərovun sədrliyi ilə araşdırılır.


İttihama görə, Tərlan Qasımov zərərçəkmiş M.M.-ə (şərti) geniş əlaqələrinin olmasını və Rusiyadan ucuz qiymətə taxta alıb sonradan yüksək qiymətə satacağına dair yalandan vəd verib. O, bu yolla zərərçəkmişdən 2014-2015-ci illərdə müxtəlif vaxtlarda ümumilikdə 124394 manat pulu dələduzluq yolu ilə ələ keçirib.



Tərlan Qasımova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham elan olunub.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 6 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Tərlan Qasımov barəsində bəraət hökmü çıxarılıb və azadlığa buraxılıb. Prokuror tərəfindən Tərlan Qasımov barəsində bəraət hökmündən Ali Məhkəməyə kassasiya protesti verilib. Ali Məhkəmə işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib. Bakı Apellyasiya Məhkəməsində onun barəsində olan bəraət hökmü ləğv edilib və 6 il müddətinə azadlıqdan məhrum olunub. Tərlan Qasımov məhkəmə zalında həbs edilib. Onun müdafiəçisi yenidən kassasiya şikayəti verib.

 

Ali Məhkəmədə keçirilən prosesdə elan edilib ki, məhkum cəza çəkdiyi Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirib.

 

Kamal Məmmədov 

Tarix: 15 Yanvar 2026, 09:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin