BURADA REKLAMINIZ OLA
BİLƏR

ABŞ-ın Azərbaycan vətəndaşları üçün bütün viza növlərini dayandırdığına dair məlumat həqiqəti əks etdirmir - RƏSMİ

Yerli mediada ABŞ-ın 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayımlandığını müşahidə etmişik.

 

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.

 

“Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-ın Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir”, - açıqlamada deyilir.

 

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin 75 ölkənin vətəndaşları üçün immiqrant vizasının verilməsini dayandırdığına dair məlumat yayılıb.

Tarix: 15 Yanvar 2026, 14:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin