BURADA REKLAMINIZ OLA
BİLƏR

Operativ Qərargah məlumat yaydı – SON DƏQİQƏ

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 412 yeni yoluxma faktı qeydə alınıb, 631 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 30 858 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 23 873 nəfər müalicə olunaraq sağalıb, 430 nəfər vəfat edib, aktiv xəstə sayı 6 555 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 429, ötən müddət ərzində isə ümumilikdə 698 815 test aparılıb.

Tarix: 28 İyul 2020, 15:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin