BURADA REKLAMINIZ OLA
BİLƏR

Esekyel Lavessi karyerasını başa vurdu

Argentina millisinin sabiq futbolçusu Esekyel Lavessi karyerasını başa vurub.

 

Pravda.az-ın xəbərinə görə, 34 yaşlı hücumçu bu barədə "Instagram" səhifəsində yazıb.

 

Onun sonuncu klubu Çin təmsilçisi "Hebey Çayna Forçun" olub.

 

Qeyd edək ki, Lavessi karyerası ərzində vətənində "Estudiantes"lə "San Lorenso"nun, eləcə də İtaliyanın "Napoli" və Fransanın PSJ klublarında çıxış edib. O, 2008-ci ildə Argentina millisi ilə Yay Olimpiya Oyunlarının qalibi adını qazanıb.Report

Tarix: 14 Dekabr 2019, 10:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin